Bank Of Baku

Azərbaycanda pul tədavülü əmsalının azalması tendensiyası möhkəmlənir

Azərbaycanda pul tədavülü əmsalının azalması tendensiyası möhkəmlənir
# 24 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul tədavülü əmsalının azalması tendensiyasının davam etməsinə baxmayaraq, bu göstərici hələ də çox yüksək səviyyədədir.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, hazırda bu göstərici 4,4 dəfəyə bərabərdir. Pul tədavülü əmsalı il ərzində pul kütləsinin dövriyyələrinin sayını əks etdirir ki, burada hər dövriyyə gəlirlərin xərclənməsini göstərir. Beləliklə, pul tədavülü əmsalı gəlirin dövretmə sürətinə bərabərdir. Hesab olunur ki, bu göstəricinin aşağı olması iqtisadiyyatın sağlamlığını əks etdir.
Müsbət haldır ki, son illər ərzində Azərbaycanda bu göstəricinin azalması tendensiyası möhkəmlənir:




Lakin pul tədavülü əmsalı hələ də inkişaf etmiş ölkələrə nisbətən yüksək səviyyədə qalmaqdadır. Qeyd edək ki, Avropa ölkələrində bu göstərici 1,5-2 dəfə civarındadır. Azərbaycanda isə demək olar ki, pul kütləsi ildə 6 dəfə dövr edir. Bu, ilk növbədə pul kütləsinin çatışmazlığını göstərir. Pul tədavülü əmsalı və pul kütləsinin artımı tərs mütənasib göstəricilərdir. Hazırda Azərbaycanda bu tendensiya saxlanılır:




Göründüyü kimi, pul kütləsinin artması ilə pul tədavülünün əmsalı düşür. Digər tərəfdən, pul tədavülü əmsalı 1 pul vahidinin ÜDM-nin formalaşmasında rolunu əks etdirir və eyni zamanda qeyri-maddi ÜDM-nin çoxluğunu göstərir.
Azərbaycanda pul tədavülü əmsalının azalması müsbət haldır, lakin onun hələ də yüksək səviyyədə qalması iqtisadiyyatda monetləşmənin, yəni iqtisadiyyatın pulla təchiz olunmasının aşağı səviyyədə olduğunu göstərir. Qeyd edək ki, Azərbaycanda bu rəqəm 22,6%-ə bərabərdir (inkişaf etmiş ölkələrdə bu göstərici 80-100%-ə çatır).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR