Bank Of Baku

«Bank SilkWay» oktyabrda «Visa» üzrə xidmətlərə başlayacaq

«Bank SilkWay» oktyabrda «Visa» üzrə xidmətlərə başlayacaq
# 25 sentyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının 6-dan etibarən «Visa İnternational» ödəniş sistemi üzrə xidmətlərə başlayacaq.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayında beynəlxalq qurumla bank arasında üvafiq sənəd imzalanıb və artıq «Bank SilkWay» bu sistemin assosiativ üzvüdür. Qeyd edək ki, sistem üzrə minimum 10 min plastik kartın emissiyası nəzərdə tutulub.
Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» SKB kimi yaradılıb. Bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və fiziki şəxslər çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR