Bank Of Baku

Azərbaycanın bank sektorundakı ifrat likvidlik ilk növbədə not bazarına mənfi təsir göstərib

Azərbaycanın bank sektorundakı ifrat likvidlik ilk növbədə not bazarına mənfi təsir göstərib
# 25 sentyabr 2008 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində son vaxtlar müşahidə olunan ifrat likvidlik artıq özünü büruzə verməyə başlayıb.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, qısamüddətli notların yerləşdirilməsi üzrə keçirilən son hərraclarda iştirakçıların fəallığı artıb və təqdim olunan sifarişlərin həcmi təklif olunan emissiyanı üstələyir. Bu da banklarda mövcud sərbəst vəsait həcminin artmasını göstərir.
Sentyabr ayında keçirilən 4 hərracın nəticələri əsasında qeyd etmək olar ki, tələbin təklifi üstələməsi tendensiyası cari ayın ortalarından başlayıb:




Qeyd edək ki, sentyabrın 4-də və 10-da keçirilmiş hərraclarda AMB tərəfindən emissiyanın həcmi elan olunmadığına görə, cədvəldə bütün hərraclar üzrə yalnız yerləşdirmə və sifarişin həcmləri göstərilib.
Göründüyü kimi, sifarişlərin həcmi kəskin şəkildə artıb və bu, mərkəzi bank tərəfindən banklara istehlak kreditlərinin dayandırılması barədə tövsiyənin verilməsi vaxtına təsadüf edib. Aydındır ki, bank sistemində mühüm rola malik olan istehlak kreditlərinin (məcmu kredit portfelinin 1/3 hissəsi) dayandırılması dərhal bankların cari likvidliyinin artmasına səbəb olub.
Digər tərəfdən, sifarişlərin təklif olunan emissiyanın həcmini üstələməsi notlar üzrə gəlirliyin aşağı düşməsinə təsir göstərib: sentyabrda bu göstərici (orta ölçülmüş qiymət üzrə) 11,02%-dən 9,45%-dək enib və üç aylıq minimuma çatıb.
Ümumilikdə, dövlət qiymətli kağızlar bazarında gəlirliyin düşməsi müsbət haldır. Lakin hazırkı şəraitdə bu, bank aktivləri əməliyyatları sahəsində vəziyyətin ağırlaşdığını göstərir. Çünki, inflyasiya 21%, depozitlər üzrə faizlər 15-22% səviyyəsində olduğu halda, illik 9,45% gəlirliklə qiymətli kağızlara investisiyanın yatırılmasını yalnız bu cür (çıxalmaz vəziyyət və alternativsizlik) qiymətləndirmək olar.
Qeyd edək ki, notların yerləşdirilməsi üzrə keçirilən son hərraclarda iştirakçıların sayı da artıb: əgər avqustda hərraclarda 4-5 bank iştirak etmişdirsə, bu rəqəm artıq 9-a çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR