Bank Of Baku

«Azərdəmiryolbank» nizamnamə kapitalını artırır

«Azərdəmiryolbank» nizamnamə kapitalını artırır
# 25 sentyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədli adlı imtiyazlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,2 manat, sayı 310 min ədəd, emissiyanın ümumi həcmi isə 62 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Azərdəmiryolbank»ın səhmlərinin yerləşdirilməsinə artıq oktyabr ayında başlanacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 0,46% artaraq 13,462 mln. manata çatacaq.
Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Bu ilin sentyabr ayının 1-nə bankın aktivləri 208,47 mln. manat, kredit portfeli 172,27 mln. manat, depozit portfeli 51,59 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, nizamnamə kapitalı isə 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR