Bank Of Baku

«Bank Standard» nizamnamə kapitalının həcminə görə Azərbaycanın üçüncü bankı olub

«Bank Standard» nizamnamə kapitalının həcminə görə Azərbaycanın üçüncü bankı olub
# 25 sentyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) nizamnamə kapitalını 65 mln. manata çatdırıb ki, bu da cari ilin yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 29% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da «Bank Standard» nizamnamə kapitalının həcminə görə ölkədəki banklar arasında üçüncü pilləyə yüksəlib.
Xatırladaq ki, «Bank Standard»ın nizamnamə kapitalı sonuncu dəfə 2007-ci ilin iyulunda artırılıb. Həmin vaxt göstəricinin 3 qat artımı bankın səhmdarı «AB Standard»la «Credit Suisse» bankı arasında subordinasiya krediti üzrə imzalanmış saziş hesabına mümkün olub.
Qeyd edək ki, Azərbaycanda nizamnamə kapitalının həcminə görə bankların ilk üçlüyünə Azərbaycan Beynəlxalq Bankı (200 mln. manat), «Paşa Bank» (100 mln. manat) və «Bank Standard» (65 mln. manat) daxildir.
«AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 712,329 mln. manat, kredit portfeli 439,115 mln. manat, depozit portfeli 250,866 mln. manat, məcmu kapitalı 82,609 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib. Bankın respublika üzrə 15 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR