Bank Of Baku

Azərbaycanda nağd pul kütləsi ilk dəfə 90% həddini keçib

Azərbaycanda nağd pul kütləsi ilk dəfə 90% həddini keçib
# 25 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının strukturunda nağd pul kütləsinin payı ilk dəfə olaraq 90% həddini ötüb.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci il avqust ayının 1-nə geniş mənada pul bazasının həcmi 4 072 mln. manat təşkil edib və bunun 3 690,2 mln. manatı dövriyyədə olan nağd pulların (M0 aqreqatı) payına düşür. Pul bazasının tərkibinə isə M0 aqreqatı və AMB-dəki bank ehtiyatları daxildir.
Qeyd edək ki, son beş il ərzində pul bazasında nağd pulların payının artıması fonunda bank ehtiyatları azalır. O cümlədən, bankların məcburi və adi ehtiyatlarının nisbəti beş il əvvəl 1/6-ya olduğu halda, hazırda bu nisbət 45/55%-ə bərabərdir. Yəni, ehtiyatların azalması ilə yanaşı məcburi ehtiyatların həcmi artır.
Ümumilikdə, manatla pul bazası ilin əvvəlindən 18,4% artıb. Eyni zamanda bank ehtiyatlarının cəmi 2,2% artıb.
Pul bazasının yalnız nağd pul kütləsinin hesabına artması AMB-nin sərəncamında «effektiv pulların» formalaşmasında bank ehtiyatlarının rolunun aşağı səviyyədə olduğunu göstərir. Yəni, mərkəzi bank mövcud pul siyasəti çərçivəsində təsir etmək qabiliyyətini yalnız dövriyyədə olan pullarla məhdudlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR