Bank Of Baku

Türkiyənin «YapıKredi Bank»ı «İSR Holding»ə 86 mln. dollar kredit ayırıb

Türkiyənin «YapıKredi Bank»ı «İSR Holding»ə 86 mln. dollar kredit ayırıb
# 25 sentyabr 2008 15:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Türkiyənin «YapıKredi Bank»ı ilə Azərbaycanın «İSR Capital İnvestment» şirkəti arasında 86 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.
«YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətindən (QSC) «APA-Economics»ə verilən məlumata görə, bank «İSR Capital İnvestment»ə krediti ilk 3 ili güzəştli olmaq şərti ilə 10 il müddətinə şirkət tərəfindən ayrı-ayrı layihələrin həyata keçirilməsi üçün ayrılıb. İmzalanan kredit müqaviləsindən sonra məbləği əks etdirən çek «İSR Holding»in prezidenti İsgəndər Xəlilov və vitse-prezidenti Zafer Tangilə təqdim olunub.
Tədbirdə «YapıKredi Bank Azerbaijan»ın İdarə Heyətinin sədri Coşkun Bulak çıxış edərək bankın fəaliyyət prinsiplərindən və filial şəbəkəsinin genişləndirilməsindən danışıb: «Bank Bakıda bir baş ofis və iki filial, Gəncədə isə bir filial olmaqla ümumilikdə 4 filialla xidmət göstərir».
Bankın filiallarının sayının artdığını, yaxın vaxtlarda «Azadlıq» filialının da xidmətlərə qoşulacağını deyən C.Bulak qeyd edib ki, «YapıKredi Bank Azərbaycan» «İSR Holdinq»ə daxil olan «İSR Capital İnvestment» tərəfindən başlanılan layihələrinin maliyyələşdirilməsinə dəstək göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR