Bank Of Baku

Qreqori Yedjeyçak: «Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranına tab gətirəcək səviyyədədir»

Qreqori Yedjeyçak: «Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranına tab gətirəcək səviyyədədir»
# 10 dekabr 2008 15:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) dünya maliyyə böhranı, ABA-nın 2008-ci ildəki fəaliyyəti və 2009-cu ildə görüləcək işlərlə bağlı iclas keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), Azərbaycan Milli Bankı və ölkənin kommersiya banklarının nümayəndələri iştirak ediblər. DB-nın Azərbaycan üzrə nümayəndəsi Qreqori Yedjeyçakın sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranına tab gətirəcək səviyyədədir. Lakin bunu nəzərə alaraq, hazırda ölkədə fəaliyyət göstərən banklar kreditlərin verilməsi prosesində çox ehtiyatla davranır. Banklarda risk menecmenti, müştərinin fərdi qaydada qiymətləndirilməsi daha da ciddiləşib. Azərbaycanın valyuta ehtiyatlarının yüksək səviyyədə olması da müsbət amillərdəndir. Növbəti il ərzində Azərbaycan bankları xarici borclarını qaytarmalı olsa da, onların bunun üçün ehtiyatları da kifayət qədərdir.
Azərbaycan iqtisadiyyatının mənfi tərəflərinə gəldikdə isə Q.Yedjeyçak deyib ki, ölkə iqtisadiyyatda rəqabətlilik və çeviklik aşağı səviyyədədir. Bunun üçün hökumət müxtəlif dövlət proqramları hazırlamalıdır.
ABA-nın prezidenti Eldar İsmayılov isə bildirib ki, dünya maliyyə böhranı daha çox real sektora təsir etməyə başlayıb. Lakin buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı buna tam hazırdır.
Tədbirin ikinci hissəsi ABA-nın 2009-cu il üçün planlarına həsr olunub və qapalı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR