Bank Of Baku

«Kapital Bank» kredit siyasətini sərtləşdirir

«Kapital Bank» kredit siyasətini sərtləşdirir
# 11 dekabr 2008 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) mühtərilərə kreditlərin verilməsini dayandırıb. Bunun əsas səbəbi bankın kredit siyasətini sərtləşdirməsi ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu «Kapital Bank»ın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib.
R.Rzayevin sözlərinə görə, yeni kredit siyasətinə uyğun olaraq, bank seçim zmanı ailəli müştərilərə üstünlük verəcək, çünki burada məsuliyyət daha çoxdur. Eyni zamanda, avtomobilin alınması üçün kreditlərinin ayrılması prosesində də dəyişiklik olacaq və əlavə girovlar nəzərdə tutulacaq.
«Hesab edirəm ki, hazırkı şəraitdə kredit siyasətini sərtləşdirmək vacibdir. Lakin kreditlərin verilməsi prosesini tamamilə dayandırmaq məqsədə uyğun deyil», - deyə R.Rzayev bildirib.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən dövlət bank təşkilatı kimi fəaliyyət göstərir. Bu il aparılan özəlləşdirmə prosesi nəticəsində «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) «Kapital Bank»ın yeni səhmdarları olub.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 422,448 mln. manat, depozit portfeli 227,933 mln. manat, kredit portfeli 191,721 mln. manat, məcmu kapitalı 74,158 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 90 filialı, 267 bankomatı və 443 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR