Bank Of Baku

Azərbaycanın aparıcı bankı bu il daha 100 mln. dollar xarici borc ödəyəcək

Azərbaycanın aparıcı bankı bu il daha 100 mln. dollar xarici borc ödəyəcək
# 11 dekabr 2008 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin dekabr ayında xarici öhdəliklərin ödənilməsi çərçivəsində kreditorlarına 100 mln. ABŞ dolları həcmində vəsait ödəyəcək. «APA-Economics»in məlumatına görə, ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev bildirib ki, bu günə kimi Bank 660 mln. dollar məbləğində xarici öhdəliklərini icra edib.
C.Hacıyev vurğulayıb ki, qarşıdakı 100 mln. dolları ödəməklə Bank xaricdən alınmış sindikatlaşdırılmış kreditlər üzrə borclanmanı tam bağlayacaq: «Bundan sonra, subordinasiya olunmuş kreditimiz qalacaq ki, o da 8 il müddətinə ayrılıb, bunun 1 ili artıq keçib və onun ödənilməsində də heç bir problem olmayacaq».
Ümumilikdə, dünya maliyyə böhranının ABB-nin gələcək planlarına təsirinə gəldikdə, C.Hacıyev bu prosesin planların icrasında ləngimələr yaratmayacağını və əksinə, daha da tezləşdirəcəyini vurğulayıb. Bank sədrinin sözlərinə görə, ABB Fars körfəzi bölgəsində iştirakını genişləndirmək niyyətində olduğunu və burada daha bir nümayəndəlik açmağı planlaşdırdığını bildirib: «Məlum olduğu kimi, biz artıq bu regionda bir nümayəndəlik açdıq (Dubay – «APA-Economics») və daha bir nümayəndəlik açmaq fikrindəyik. Bu, yəqin ki, gələn il baş verəcək». C.Haciyev əlavə edib ki, ABB-nin nümayəndəliklərin statusunun artırılması ilə bağlı planları da qüvvədə qalır.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR