Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yeni strukturu formalaşdırılır

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yeni strukturu formalaşdırılır
# 11 dekabr 2008 07:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yenilənmiş Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin formalaşması prosesi başa çatmaq üzrədir.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayının 19-da dövlət başçısının sərəncamı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (keçmiş Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) strukturunun yenilənməsi üzrə layihə artıq başa çatıb. Layihə razılaşdırılmaq üçün aidiyyəti dövlət qurumlarına təqdim olunub.
Qeyd edək ki, sərəncama əsasən, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq yenilənmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması qərara alınıb. Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasnaməsinin layihəsi, komitənin strukturu, xərclər smetası və işçilərin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb, habelə qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR