Bank Of Baku

«Royal Bank of Baku» brendini dəyişib

«Royal Bank of Baku» brendini dəyişib
# 11 dekabr 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) brendini «Royal Bank»a dəyişib.
Bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq bütün filiallarda köhnə brendin yenisi ilə əvəz olunması üçün müvafiq işlərə başlanılıb və bu proses ilin sonunadək başa çatdırılacaq.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 100,473 mln. manat, kredit portfeli 77,160 mln. manat, depozit portfeli 34,387 mln. manat, məcmu kapitalı 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR