Bank Of Baku

Rəşad Orucov: «Azərbaycanın bank sektoru üzrə cari likvidlik 60-70% təşkil edir»

Rəşad Orucov: «Azərbaycanın bank sektoru üzrə cari likvidlik 60-70% təşkil edir»
# 11 dekabr 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda pul kütləsinin həcmi 24% artıb. Bu müddət ərzində ölkənin bank sektorundakı likvid aktivlərində 48%, məcmu kredit portfelində isə 43% artım olub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.
R.Orucovun sözlərinə görə, təkcə bu ilin sentyabr-oktyabr aylarında məcmu bank aktivlərində 7% artım müşahidə olunub.
R.Orucov əlavə edib ki, vaxtı keçmiş kreditlər məcmu kredit portfelinin 2,1%-ni təşkil edir: «Hazırda Azərbaycanın bank sektorunun xarici öhdəlikləri 2 mlrd. dollara bərabərdir. Bu borcun qaytarılması üçün ölkədə likvid aktivlər mövcuddur. Milli Bank uçot dərəcəsini aşağı salmaqla ölkənin bank sektoruna əlavə 350 mln. manatlıq likvidlik verib. Qeyd etmək istəyirəm ki, təkcə son iki ay ərzində Azərbaycan bankları tərəfindən 250 mln. dollar həcmində xarici borc qaytarılıb. Likvidlik tələbi 30% olduğu halda, hazırda bu göstərici ölkənin bank sektorunda 60-70% təşkil edir».
R.Orucovun sözlərinə görə, hazırda Azərbaycanın məcmu xarici borcu 8,6 mlrd. dollar təşkil edir və bu, ÜDM-in 16%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR