Bank Of Baku

«United Credit Bank» gələn ilin əvvəlində daha iki filial açacaq

«United Credit Bank» gələn ilin əvvəlində daha iki filial açacaq
# 11 dekabr 2008 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin mart ayının sonunadək daha iki filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, filialların biri İmişli, digəri isə Bakıda açılacaq. «Artıq İmişli filialında tikinti işlərinə başlanılıb və bu filial yəqin ki, növbəti ilin mart ayının 20-dək istifadəyə veriləcək. Bakıdakı filial isə Yasamal rayonu, Şərifzadə küçəsi,3137-ci məhəllədə yerləşir. Bu filial daha tez istifadəyə veriləcək. Yeni filiallar vasitəsi müştərilər bütün bank xidmətlərindən yararlana biləcəklər», - deyə V.Əliyev bildirib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 32,7 mln. manat, kredit portfeli 22,7 mln. manat, depozit portfeli 8 mln. manat, məcmu kapitalı 13,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR