Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı gələn il ipoteka kreditləşməsinə başlayır

Azərbaycan Beynəlxalq Bankı gələn il ipoteka kreditləşməsinə başlayır
# 11 dekabr 2008 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı gələn il öz ipoteka proqramının icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib ki, ipoteka kreditlərinin verilməsi üçün bank 10 mln. manat həcmində vəsait ayıracaq.
C.Hacıyevin sözlərinə görə, bu məqsədlə ayrılacaq vəsaitin məbləği bankın sərəncamında olan uzunmüddətli resursların həcmindən asılıdır və hazırkı mərhələdə ABB ipoteka kreditləşməsi üçün yalnız bu məbləği ayıra bilər. Lakin ipoteka kreditləşməsinin genişləndirilməsi məqsədi ilə hazırda bir sıra donor təşkilatlar, o cümlədən xarici maliyyə qurumları ilə danışıqlar aparılır.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR