Eyni zamanda, aktivlərin strukturunda maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin həcmi 427,5 mln. manat (ilin əvvəlindən artım 48,8%), yəni ümumi aktivlərin 4,2%-ni təşkil edib.
Azərbaycanda bankların maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi verilmiş vəsaitlərin həcmini 7,7 dəfə üstələyir. Bu ilin əvvəlində həmin göstərici 6 dəfə təşkil edib:
Qeyd edək ki, oktyabr ayında maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi 173,8 mln. manat və ya 5,6% artdığı halda, bu sektora verilmiş kredit və depozitlərin həcmi 172,5 mln. manat və ya 28,9% azalıb. Birinci göstəricinin artması təbii haldır, çünki maliyyə sektorundan cəlb etmələr bankların cari fəaliyyətinin bir istiqamətidir. İkinci göstəricinin kəskin azalması isə bankların ümumilikdə kreditləşməni azaltması ilə izah olunur. Eyni zamanda, son vaxtlar Azərbaycan banklarının xarici öhdəlikləri yerinə yetirmək məqsədi ilə özlərində böyük məbləğdə likvidlik toplandığına görə, kredit və depozitlərin yerləşdirməsinə kəskin məhdudiyyət qoymalı olublar. Digər tərəfdən dünya maliyyə böhranı ilə əlaqədar xaricdən maliyyələşmənin dayandırılması və xarici öhdəliklərin, o cümlədən əsas borclar üzrə ödənişlərin artacağı səbəbindən yaxın vaxtlarda maliyyə sektorundan alınmış kreditlərin həcmi və onların öhdəliklərdə xüsusi çəkisinin aşağı düşməsi davam edəcək.