«APA-Economics»in Maliyyə Nazirliyinin dürüstləşdirilmiş məlumatları əsasında apardığı araşdırmaya əsasən, şirkətlər arasında sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti liderlik edir. Belə ki, dövlət şirkətinin bu ilin ilk 9 ayında həyata keçirdiyi ödənişlərin həcmi 9,43 mln. manata bərabər olub və bu, respublika üzrə məcmu sığorta ödənişlərinin 25,6%-ni təşkil edir.
İlk üçlüyə həmçinin «MBASK» (4,50 mln. manat və ya 12,2%) və «Atəşgah» (3,14 mln. manat və ya 8,5%) sığorta şirkətləri daxildir. Qeyd edək ki, bu üçlüyün sığorta ödənişlərinin ümumi həcmi şirkətlər tərəfindən həyata keçirilən sığorta ödənişlərinin məcmu həcminin 46,4%-nə bərabərdir.
Həmçinin bildirilir ki, hesabat dövründə ölkədə iki sığorta şirkəti («Nişan Sığorta» və «Qala Sığorta») heç bir ödəniş aparmayıb. Xatırladaq ki, «Qala Sığorta»ya Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib.
Şirkətlər sırasında ən az sığorta ödənişi isə «Qarant Sığorta» şirkəti tərəfindən həyata keçirilib. Bu şirkətin sığorta ödənişlərinin həcmi cəmi 3 min manat (0,008%) təşkil edib. Qeyd edək ki, bu ödəniş (3 min manat) «Qarant Sığorta» şirkətinin fəaliyyət göstərdiyi tarixdən (2007-ci ilin noyabr ayı) indiyədək ödədiyi ilk vəsaitdir. Şirkətin məcmu sığorta ödənişlərindəki xüsusi çəkisi heç 0,01%-ə belə çatmayıb.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlər üzrə tərtib etdiyi renkinq göstərilir:
| Sığorta təşkilatları | Sığorta ödənişləri |
1 | Azərsığorta | 9,43 |
2 | MBASK | 4,50 |
3 | Atəşgah | 3,14 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 3,11 |
5 | A-Group | 3,10 |
6 | Standard İnsurance | 3,03 |
7 | AzSığorta | 1,35 |
8 | Xalq Sığorta | 1,24 |
9 | Başak-İnam | 1,12 |
10 | Kavkaz Sığorta | 0,83 |
11 | Era Trans | 0,80 |
12 | BE&G | 0,67 |
13 | Bakı Sığorta | 0,58 |
14 | Paşa Sığorta | 0,57 |
15 | Azalsığorta | 0,46 |
16 | AtaSığorta | 0,45 |
17 | Azərbaycan Sənaye Sığorta | 0,44 |
18 | Thames Insurance Group | 0,29 |
19 | Star Alyans | 0,27 |
20 | Alfa Sığorta | 0,23 |
21 | AIG Caspian | 0,16 |
22 | Fidan Sığorta | 0,12 |
23 | Azərqarant | 0,11 |
24 | Günay Anadolu | 0,10 |
25 | Əmrah Sığorta | 0,08 |
26 | Qarant Sığorta | 0,003 |
27 | Nişan Sığorta | - |
28 | Qala Sığorta | - |
Lisenziyası ləğv olunmuş sığortaçılar | ||
1 | Abşeron | 0,05 |
2 | Azər-Asiya | 0,59 |
| Y E K U N | 36,82 |