Bank Of Baku

AGBI indeksi 0,9789, ANBDI indeksi isə 1,0608 təşkil edib

AGBI indeksi 0,9789, ANBDI indeksi isə 1,0608 təşkil edib
# 11 dekabr 2008 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2008-ci ilin dekabr ayının 10-na 0,0225 bənd və ya 2,25% azalaraq 0,9789 təşkil edib. İndeksin azalmasının səbəbi dekabrın 10-da keçirilən ödənişlər nəticəsində 10501417S və 10303220S seriyalı istiqrazların dövriyyədən çıxarılması və həmin tarixdə 10306720S seriyalı istiqrazların dövriyyəyə buraxılması olub. Ödənişlərin həcmi müvafiq olaraq 7 mln. manat və 1 655,8 min manat təşkil etdiyi halda, yeni buraxılışın yerləşdirilmiş həcmi 4 544,4 min manat olub. Nəticədə, dövriyyədə olan istiqrazların məcmu həcminin 4 111,4 min manat azalması indeksin düşməsinə təsir göstərib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,06 bənd və ya 6% artaraq 1,0608 təşkil edib. ANBDI indeksinin artması dekabrın 10-da 50104519S seriyalı buraxılışın ödənilməsi nəticəsində dövriyyədən çıxarılması (məbləğ – 30 mln. manat) və 50104919S seriyalı buraxılışın yerləşdirilməsi nəticəsində dövriyyə buraxılması (məbləğ – 38 mln. manat) səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR