Bank Of Baku

Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı bir sıra normativ akt qüvvəyə minib

Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı bir sıra normativ akt qüvvəyə minib
# 11 dekabr 2008 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» qanunu və bu qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktlar qüvvəyə minib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu normativ hüquqi aktlara «Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları», «Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar», «Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları», «Sığortaçıların zərərlilik dərəcəsinin hesablanması Qaydaları», «Sığortaçıların rəhbər işçiləri və fiziki şəxs sığorta vasitəçiləri üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları», «Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları», «Sığortaçılarda daxili auditin aparılması Qaydaları», «Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblərin müəyyən edilməsi haqqında Qaydalar», «Sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların forması və doldurulması Qaydaları», «Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları» daxildir.
Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» qanun 2008-ci ilin mart ayının 15-də qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR