Bank Of Baku

Səlim Müslümov: «Dünya maliyyə böhranı fonunda Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına ehtiyatlı yanaşmaq lazımdır»

Səlim Müslümov: «Dünya maliyyə böhranı fonunda Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına ehtiyatlı yanaşmaq lazımdır»
# 11 dekabr 2008 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya maliyyə böhranı Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsində ehtiyatlı davranmağı tələb edir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, maliyyə böhranı nəticəsində xarici dövlətlərdəki özəl pensiya fondları böyük məbləğdə vəsait itirib. Təkcə ABŞ-da özəl fondların itkiləri 1 trln. dollardan artıqdır.
«Qonşu Rusiya, Qazaxıstan və digər ölkələrdəki fondlar da ürəkaçan vəziyyətdə deyil. Bu da Azərbaycanda özəl pensiya fondlarının yaradılması prosesinin indiyədək yubadılmasının nə dərəcədə doğru addım olduğunu göstərir», - deyə DSMF sədri vurğulayıb.
S.Müslümovun fikrincə, hazırkı maliyyə böhranı şəraitində özəl pensiya fondlarını yaratmaq, ora vəsait toplamaq və sonra bu vəsaiti yerləşdirmək çox çətin və riskli məsələdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR