Bank Of Baku

«AtaSığorta» ilin əvvəlindən investisiya portfelini 38% artırıb

«AtaSığorta» ilin əvvəlindən investisiya portfelini 38% artırıb
# 11 dekabr 2008 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin investisiya portfeli 2008-ci ilin dekabr ayının 1-nə 5,025 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 37,7% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, investisiya portfelinin 4,075 mln. manatını və ya 81,1%-ni bank depozitləri, biznes qurumlarının qiymətli kağızları (istiqrazları) təşkil edib.
Xatırladaq ki, təsisçisi «AtaHolding» şirkətlər qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin sığorta haqlarının həcmi 3,094 mln. manat, ödənişləri 534,4 min manat, nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR