Bank Of Baku

Azərbaycanın avro bazarında birjanın payı 0,4%-ə bərabərdir

Azərbaycanın avro bazarında birjanın payı 0,4%-ə bərabərdir
# 11 dekabr 2008 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın nağdsız valyuta bazarında 2008-ci ilin yanvar-oktyabr ayları ərzində avro üzrə aparılan əməliyyatların həcmi 5 356 367,8 min avro təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu həcmin 76,1%-i bankdaxili mübadilə əməliyyatları (BDMƏ), 23,5%-i açıq banklararası valyuta bazarı, 0,4%-i isə birja elektron sisteminin (BEST) payına düşüb.
BDMƏ-nin 52,6%-ni alış, 47,4%-ni isə satış əməliyyatları təşkil edib. Beləliklə, avro üzrə BDMƏ vasitəsi ilə alış əməliyyatlarının satışı üstələnməsi müşahidə olunur ki, bu da Azərbaycanda ilk dəfə baş verib. Ötən illər ərzində BDMƏ çərçivəsində bankların öz müştərilərinə daha çox avro satması əməliyyatları aparılıb və yalnız bu il tendensiya tam əksinə dəyişib. Bu, əsasən son vaxtlar dünya bazarlarında avronun dollara qarşı məzənnəsinin kəskin dəyişikliklərə məruz qalması səbəbindən bank müştərilərində avroya inamın düşməsi ilə bağlıdır.
Ümumilikdə, bu il avro ilə əməliyyatların kəskin artması baş verib. Belə ki, yanvar-oktyabr ayları ərzində avro ilə keçirilən əməliyyatların həcmi 2007-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə, 2007-ci ilin ümumi göstəricisindən isə 2,5 dəfə artıb. Təkcə açıq bazarda alqı-satqı əqdlərinin həcmi ötən ilin ümumi göstəricisindən 5,1 dəfə üstələyib.
Avro ilə ticarət əməliyyatlarının artması bu valyutanın Azərbaycan iqtisadiyyatında, o cümlədən xarici mal dövriyyəsində rolunun artmasını əks etdirir. Digər tərəfdən məlumdur ki, böyük dəyişkənliyə malik olan valyuta qısamüddətli investisiya istiqaməti kimi istifadə oluna bilər. Yəni, avronun dollara qarşı dəyişkənliyə malik olması səbəbindən bu valyutaya investisiyalar qısamüddətli perspektivdə gəlir gətirə biləcək. Bu da avronun banklara satışın alışı üstələməsinin ikinci səbəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR