Bank Of Baku

«Bank Standard» gələn həftə müştərilər yeni lotereya tirajı keçirəcək

«Bank Standard» gələn həftə müştərilər yeni lotereya tirajı keçirəcək
# 11 dekabr 2008 15:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin dekabr ayının 20-də «GəncKart» sahibləri üçün lotereya tirajı keçirəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu lotereyada hesabdakı qalıq, kart üzrə əməliyyatların sayı və digər amillərdən asılı olmayaraq «GəncKart» sahibləri bərabər şans əldə edəcəklər. Lotereya «bir kart = bir şans» prinsipi üzrə keçirilir. Lotereya tirajında qiymətli hədiyyə kimi 2008-ci il model «Folksvagen-Jetta» oynanılır. Adı çəkilən avtomobil üçün bəxtlərini sınamaq istəyənlər hələ də bu lotereyaya qatıla bilərlər. Çünki şərtlərə görə, lotereyada 2008-ci il dekabr ayının 15-dək emissiya edilmiş bütün «GəncKart» sahibləri iştirak edəcəklər.
Xatırladaq ki, yaşı 18-35 arasında olan hər bir kəs «GəncKart»ın sahibi ola bilər. Açılan valyutadan asılı olaraq kartın illik xidmət haqqı 10 manatdır (dollar). Lakin kart hesabına 200 manat və ya dollardan artıq ilkin məbləğ yatıran müştərilər bu məbləği ödəməkdən azad olunurlar.
Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR