Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «American Express Selects» kartlarının tətbiqinə başlayır

Azərbaycan Beynəlxalq Bankı «American Express Selects» kartlarının tətbiqinə başlayır
# 12 dekabr 2008 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «American Express» şirkəti ilə birlikdə müştərilər üçün «American Express Selects» plastik kartlarının tətbiqinə başlayır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqram ABB-nin «American Express» kart sahibləri üçün nəzərdə tutulub. Bu kartı əldə edən müştərilər dünyanın istənilən ölkəsinin ticarət və xidmət mərkəzlərində (Azərbaycanda «Ant Hill», «Azza», «Furla», «Naf Naf», «La Café», «OCCO», «Boutique Palace» və s.) 20%-dək endirimlər əldə edəcəklər.
Qeyd edək ki, ABB tərəfindən «American Express Card» və «American Express Gold Sard» kartlarının yayımına 2008-ci ilin may ayının 1-dən başlanılıb. Bu kartların sahibləri Azərbaycanda 2500-ə yaxın ticarət və xidmət mərkəzlərində xüsusi endirimlər əldə edirlər. Həmçinin, «American Express Gold Card»ın sahibləri «American Express Travel Service» turist xidmətlərindən də istifadə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40% xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR