Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı 2009-cu ildə kreditləşməni 20% artıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı 2009-cu ildə kreditləşməni 20% artıracaq
# 12 dekabr 2008 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası təşkilatın 2009-cu il üçün büdcə və biznes-planını təsdiq edib.
AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, həmin büdcə və biznes-plan 2009-cu ildə Bankın investisiyalarının illik həcmini 20% artıraraq 7 mlrd. avroya çatdıracaq. Bu vəsaitdən 0,5 mlrd. avro Mərkəzi və Cənubi Avropa ölkələrinə ayrılacaq ki, maliyyələşdirmənin artırılması dünya maliyyə böhranı ilə əlaqədardır. Bundan başqa, AYİB əməkdaşlıq etdiyi ölkələrdə bank və korporativ sektorlara diqqəti artırmaq niyyətindədir.
«Dünyada müşahidə olunan maliyyə böhranı ilə bağlı gələn il bir qədər sərt olacaq. Lakin buna baxmayaraq, AYİB-in kifayət qədər kapitalı var və biz əməkdaşlığı davam etdirəcəyik. Maliyyə böhranını nəzərə alaraq AYİB investisiyalarını artırmağa hazırdır», - deyə AYİB-in prezidenti Tomas Mirou (Thomas Mirow) bildirib.
Qeyd edək ki, 2009-cu ildə nəzərdə tutulan kreditləşmənin genişləndirilməsi AİYB-in mövcud ehtiyatları hesabına maliyyələşdiriləcək və burada səhmdarlar bankın kapitalının artırılması üçün əlavə vəsait ödəməyəcək.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR