Bank Of Baku

Azərbaycanın sığorta bazarında daxilolmalar 43%, ödənişlər 45% artıb

Azərbaycanın sığorta bazarında daxilolmalar 43%, ödənişlər 45% artıb
# 12 dekabr 2008 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 146,41 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri sığorta riskləri üzrə ödənişlərin həcmi 45,2% artaraq 36,82 mln. manata çatıb.
Sığorta haqlarının strukturunda həyat sığortası növləri üzrə daxilolmaların ümumi həcmi son bir il ərzində təxminən 3 dəfə artaraq 1,50 mln. manat, qeyri-həyat sığortası üzrə 46,5% artaraq 128,63 mln. manat, həmçinin icbari sığorta növləri üzrə 14,2% artaraq 16,28 mln. manat təşkil edib.
Sığorta ödənişlərində həyat sığortası növləri üzrə məcmu ödənişlərin həcmi 93,3% artaraq 0,29 mln. manat, qeyri-həyat sığortası 41,9% artaraq 28,81 mln. manat və icbari sığorta növləri üzrə ödənişlər 57,6% artaraq 7,72 mln. manat olub.
Qeyd edək ki, yuxarıda göstərilən rəqəmlər Maliyyə Nazirliyinin dürüstləşdirilmiş məlumatları əsasında hazırlanıb.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR