Bank Of Baku

Azərbaycan bankları oktyabrda investisiyalarını 23% artırıb

Azərbaycan bankları oktyabrda investisiyalarını 23% artırıb
# 12 dekabr 2008 08:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların investisiyalarının həcmi 2008-ci ilin noyabr ayının 1-nə 687,5 mln. manat təşkil edib ki, bu da məcmu bank aktivlərinin 6,9%-nə bərabərdir. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bankların məcmu investisiyalarının həcmi ilin əvvəlindən 45,6% artıb. Qeyd edək ki, investisiyaların artım tempi ümumi aktivlərin artım tempindən (47,8%) bir qədər geri qalır.
Ümumilikdə, cari ilin ilk 10 ayı ərzində investisiyaların artımı 215,2 mln. manat təşkil etdiyi halda, onun 128,9 mln. manatı və ya 60%-i oktyabr ayının payına düşür. Beləliklə, təkcə oktyabr ayında investisiyaların həcmi 23,1% artıb. Eyni zamanda, aktivlərin strukturunda əsas yeri tutan müştərilərə verilən kreditlərin həcmi oktyabrda cəmi 66,9 mln. manat və ya 1,06% artıb. Bu göstərici cari ildə müşahidə olunan orta aylıq artımdan (197,7 mln. manat) 3 dəfə azdır. Belə ki, banklar müştərilərə kreditləri məhdudlaşdırdığına görə, bankların investisiyaları kəskin artır.
Müşahidəçilərin fikrincə, bunun əsas səbəbi bank sektorundakı müəyyən problemlərlə bağlıdır. Hazırda xarici öhdəliklərin yerinə yetirməsi üçün banklar öz daxilində artıq likvidlik toplayıb. Bu likvidliyin bir hissəsi qısa müddət ərzində istifadəsiz qalır və bu səbəbdən banklar həmin vəsaiti qısamüddətli və likvid maliyyə alətlərinə yönəldir. Belə alətlərin sırasında banklar üçün ən cəlbedici olan dövlət qiymətli kağızları, xüsusən də Milli Bankın notlarıdır.
Qeyd edək ki, oktyabr ayının əvvəlinə dövriyyədə olan notların həcmi 113 mln. manat təşkil etdiyi halda, oktyabrın sonuna bu göstərici 160 mln. manatı ötüb. Bundan əlavə, banklar repo bazarında da xeyli fəallaşıb, bu da toplanan artıq likvidliyin qısamüddətli investisiyalar kimi istifadəsi üçün daha bir potensial istiqamətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR