Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanın xarici ticarətinə təsir göstərib

Dünya maliyyə böhranı Azərbaycanın xarici ticarətinə təsir göstərib
# 12 dekabr 2008 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin avqust ayından kəskin şəkildə dərinləşməyə başlayan dünya iqtisadi böhranı Azərbaycanın xarici ticarətinin həcminə də mənfi təsir edib. «APA-Economics»in məlumatına görə, bu proses bilavasitə xarici ticarətin artım tempini azaldıb.
Belə ki, 2008-ci ilin ilk üç rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 44,2 mlrd. ABŞ dolları, o cümlədən ixrac 39 mlrd. dollar, idxal isə 5,2 mlrd. dollar təşkil edib. Yanvar-avqust aylarında isə xarici ticarətin həcmi 42,2 mlrd. dollar, ixrac – 37,7 mlrd. dollar, idxal – 4,5 mlrd. dollar olub. Göründüyü kimi, cari ilin üç rübü üzrə xarici ticarət dövriyyəsinin orta aylıq artımı 4,9 mlrd. dollar təşkil etdiyi halda, sentyabrda bu göstərici cəmi 2 mlrd. dollara bərabər olub. Bu azalma isə yalnız ixracın hesabına baş verib ki, onun orta aylıq artımı 4,3 mlrd. dollar, sentyabrda isə 1,3 mlrd. dollar təşkil edib. İdxal üzrə bu göstəricilər müvafiq olaraq 0,58 mlrd. dollar və 0,7 mlrd. dollar olub. Yəni, sentyabrdakı artım orta aylıq göstəricini üstələyib.
İxracın artım tempinin azalmasını tək neftin ucuzlaşması ilə izah etmək düzgün olmazdır, çünki sentyabrda neftin qiyməti 11% azalıb, yəni 110 dollardan 98 dollaradək enib. İxracın aylıq artımının azalması isə 2,5 dəfə təşkil edib. Bu da neftin ixracının azalması ilə bağlıdır.
Göründüyü kimi, dünya iqtisadiyyatında, həmçinin neft bazarında yaranan geriləmə səbəbindən Azərbaycanın xarici ticarətində artım tempinin zəifləməsi tendensiyası yaranıb və neft qiymətlərinin və dünyada neftə olan tələbatın azalması səbəbindən cari ilin IV rübündə bu tendensiyanın daha da kəskinləşməsini gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR