Bank Of Baku

Şahin Mustafayev: Bu il Azərbaycanda inflyasiya 16-17% olacaq

Şahin Mustafayev: Bu il Azərbaycanda inflyasiya 16-17% olacaq
# 12 dekabr 2008 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda ilik inflyasiya tempinin 2008-ci ilin yekunları üzrə 16-17% olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, inflyasiya səviyyəsinin azalması dünya maliyyə bazarında baş verən proseslər və qiymətlərin düşməsi ilə bağlıdır: «Lakin qiymətlərin aşağı düşməsi Azərbaycanda işgüzar mühitə təsir etməyəcək».
Xatırladaq ki, Azərbaycan hökuməti bu il üçün inflyasiyanı ilkin olaraq 12-14% səviyyəsində proqnozlaşdırıb. Lakin sonradan illik proqnoz 18%-dək artırılıb. Beynəlxalq Valyuta Fondunun ekspertləri isə 2008-ci ildə Azərbaycanda inflyasiyanın 20%-dən aşağı olmayacağını bəyan ediblər.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-oktyabr aylarında inflyasiyanın illik səviyyəsi 21,6% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR