Bank Of Baku

Dünya bazarında neftin qiymətindən asılı olaraq Azərbaycan Dövlət Neft Fondunun gələn ilki gəlirlər proqnozunda korrektə aparıla bilər

Dünya bazarında neftin qiymətindən asılı olaraq Azərbaycan Dövlət Neft Fondunun gələn ilki gəlirlər proqnozunda korrektə aparıla bilər
# 12 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta kompozisiyasında dəyişikliyin edilməsi planlaşdırılmır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
«Bizim siyasətimiz valyuta kompozisiyasında neytral xətti saxlamaqdır. Bu gün Dövlət Neft Fondunun vəsaitlərinin 50%-i ABŞ dolları, qalan 50%-i isə digər valyutalarda saxlanılır. Bu prinsip növbəti ildə də saxlanılacaq», - deyə ARDNF başçısı vurğulayıb.
Ş.Mövsümov neftin qiymətinin düşməsinin ARDNF-in gəlirlərinə də təsir göstərdiyini və daxilolmaların azaldığını qeyd edib: «Buna baxmayaraq, 2008-ci il üçün təsdiq olunmuş büdcəmizi artıqlaması ilə yerinə yetirəcəyik. Bu da onu göstərir ki, büdcənin tərtibi zamanı konservativ yanaşma özünü doğruldub. Gələn il isə Neft Fondunun xərcləri 5 mlrd. manata yaxın olacaq. Növbəti ildə neftin qiymətindən asılı olaraq gəlirlərimizdə müəyyən korrektə aparıla bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR