Qeyd edək ki, aktivlərin həcmi cari ilin əvvəli ilə müqayisədə 8 020,8 mln. dollar və ya 56,5% artıb.
Azərbaycanın məcmu öhdəlikləri isə oktyabrın 1-nə 13 797,6 mln. dollar təşkil edib ki, bu da ilin əvvəlindən cəmi 244,4 mln. dollar və ya 1,8% çoxdur. Bu dərəcədə kiçik artım Azərbaycana birbaşa investisiyaların həcminin üç rüb ərzində 6 597,6 mln. dollardan 5 849,6 mln. dollaradək azalması səbəbi ilə bağlıdır.
Beləliklə, cari ilin oktyabrın 1-nə Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi müsbət 8 410,5 mln. dollar təşkil edib, yəni bu göstərici yanvar-sentyabr aylarında 13 dəfə artıb:
(mln. dollar)
Azərbaycanın beynəlxalq investisiyalar balansı | ||
| 01.10.2008 | 01.01.2008 |
Aktivlər | 22 208,1 | 14 187,3 |
Xaricə birbaşa investisiyalar | 4 873,1 | 4 676,4 |
Portfel investisiyaları | 404,1 | 229,9 |
Digər investisiyalar* | 3 330,1 | 1 901,8 |
Ehtiyat aktivləri | 13 600,8 | 7 379,2 |
Öhdəliklər | 13 797,6 | 13 553,2 |
Azərbaycana birbaşa investisiyalar | 5 849,6 | 6 597,6 |
Portfel investisiyalar | 229,8 | 203,9 |
Digər investisiyalar* | 7 718,2 | 6 751,7 |
Xalis beynəlxalq investisiya mövqeyi |
8 410,5 |
634,1 |
*Digər investisiyalara aktivlərdə və öhdəliklərdə müvafiq olaraq verilmiş və alınmış ticarət kreditləri, ssudalar, depozitlər və nağd valyuta daxildir.
Cədvəldən göründüyü kimi, Azərbaycanın cari ildə xarici kreditor və investor mövqeləri xeyli möhkəmlənib. Bu, aktivlərin əhəmiyyətli dərəcədə artması nəticəsində, əsasən də ölkənin öhdəliklərinin sabit qalaraq artmaması səbəbindən baş verib. Makroiqtisadi baxımdan, o cümlədən dünya iqtisadi böhranı fonunda çox aktual olan ölkənin xarici maliyyələşmədən asılılığının tam aradan qaldırılması baxımından Azərbaycanın beynəlxalq investisiyalar balansının vəziyyəti çox pozitiv qiymətləndirilə bilər.