Bank Of Baku

Avropa İttifaqı ölkələrinin başçıları iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər planını dəstəkləyib

Avropa İttifaqı ölkələrinin başçıları iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər planını dəstəkləyib
# 12 dekabr 2008 13:46 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Avropa İttifaqı ölkələrinin başçıları 2009-cu ildə iqtisadiyyatın ÜDM-in 1,5%-i səviyyəsində stimullaşdırılmasına dair planı dəstəkləyiblər. APA-nın Brüsseldəki müxbirinin məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Qordon Braun bildirib və qeyd edib ki, bu planın ümumi dəyəri 200 mlrd. avro təşkil edir.
Q.Braun əlavə edib ki, bu tədbirlər vergi yükü və büdcə xərclərinin azaldılması, özəl sektorun kreditləşdirilməsi, kiçik və orta biznesin inkişafına dəstəyi nəzərdə tutur. Avropanın tam birləşdiyini deyən baş nazir vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin başçılarının hətta ÜDM-in 1%-i səviyyəsində iqtisadiyyata yardımın göstərilməsi barədə razılığa gələcəyinə Avropada heç kim inanmırdı.
Bununla yanaşı bildirilir ki, dünyanın maliyyə böhranına birgə cavab verməsi üçün Avropa İttifaqının bu tədbirləri ABŞ-ın müvafiq addımları ilə uyğunlaşdırılacaq. Biznesin kreditləşdirilməsi və büdcə yükünün yüngülləşdirilməsinə istiqamətlənən stimullaşdırma planı noyabrın 26-da Avropa Komissiyası tərəfindən irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR