Bank Of Baku

«UniBank» nizamnamə kapitalını iki dəfə artıracaq

«UniBank» nizamnamə kapitalını iki dəfə artıracaq
# 12 dekabr 2008 15:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ildə nizamnamə kapitalını iki dəfə artıraraq 30 mln. manata çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qərar «UniBank»ın səhmdarlarının bu ilin dekabr ayının 11-də keçirilən növbədənkənar yığıncağında qəbul olunub.
Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edir ki, bunun da 76,43%-i fiziki şəxslərə, 0,07%-i hüquqi şəxslərə, 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) və 8,33%-i Almaniyanın DEG İnvestisiya Korporasiyasına məxsusdur.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR