Bank Of Baku

«Texnikabank» son bir ildə aktivlərini 29% artırıb

«Texnikabank» son bir ildə aktivlərini 29% artırıb
# 15 dekabr 2008 07:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 395,448 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 28,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Texnikabank»ın kredit portfeli 31,4% artaraq 302,929 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 31,9% artaraq 68,189 manata, depozit portfeli isə 9% azalaraq 148,419 mln. manata çatıb. Bankın məcmu kapitalı isə 56% artaraq 58,240 mln. manat, o cümlədən nizamnamə kapitalı 52,9% artaraq 26,912 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın gəlirləri 93,6%, xərcləri isə 2 dəfə artıb və müvafiq olaraq 71,051 mln. və 50,142 mln. manata bərabər olub. Nəticədə, bankın mənfəəti son bir ildə 79,3% artaraq 20,908 mln. manata çatıb.
Xatırladaq ki, Azərbaycanın aparıcı banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 46 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir. Bu ilin dekabr ayının 1-nə bankın işçilərinin sayı 576 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR