Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 15 dekabr 2008 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Turanbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Azerintertrade» MMC çıxış edir.
Birja mütəxəssislərinin fikrincə, «Turanbank» ASC-nin artıq bu ilin dekabrında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 6,7% artaraq 16 mln. manata çatacaq.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 86,1 mln. manat, kredit portfeli 64,7 mln. manat, depozit portfeli 42,3 mln. manat, məcmu kapitalı 17,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı, 21 mübadilə məntəqəsi, 9 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR