Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8062 manatdan 0,8061 manata düşüb, yəni bu müddət ərzində dolların məzənnəsinin azalması 0,01% təşkil edib. Qeyd edək ki, ötən həftə ərzində rəsmi məzənnə 0,15%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,16%, nağd satış məzənnəsi isə 0,21% enib:
Göründüyü kimi, ötən həftə dolların manata qarşı ucuzlaşması müşahidə olunub. Bu bir neçə amillə bağlıdır ki, dünya bazarında dolların avroya qarşı ucuzlaşması ilə yanaşı məzənnə inflyasiyasının idxalı amili də burada xüsusi rol oynayır. Qeyd edək ki, xarici ticarətdə Azərbaycanın əsas tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması, bəzi ölkələrdə isə hətta deflyasiya müşahidə olunur. Bu səbəbdən, yekunda manatın dollara qarşı məzənnəsi yüksəlir.
Qeyd edək ki, avronun rəsmi məzənnəsi həftə ərzində nəzərə çarpan dərəcədə yüksəlib:
Avronun məzənnəsinin ümumi həftəlik bahalaşması 3,1%-ə bərabər olub və bu, yalnız dünya bazarlarında avronun dəyərinin artmasının nəticəsidir. Maraqlıdır ki, ötən həftə avro üzrə BBVB-da ticarət əməliyyatları aparılmayıb ki, bu da avronun artan məzənnəsi ilə bağlıdır (oktyabr-noyabr aylarında avronun ucuzlaşması fonunda avro ilə əqdlər olduqca fəal aparılıb).