Bank Of Baku

Azərbaycanda sığortaçıların qiymətli kağızlara investisiyaları kəskin şəkildə artır

Azərbaycanda sığortaçıların qiymətli kağızlara investisiyaları kəskin şəkildə artır
# 15 dekabr 2008 09:10 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin oktyabr ayının 1-nə bu göstərici 105 mln. manat və ya aktivlərin 44,5%-ni təşkil edib.
Qeyd edək ki, bank depozitlərinin həcmi cari ilin əvvəlindən 39,1% artıb, aktivlərdəki xüsusi çəkisi isə 3,7 faiz bəndi azalıb.
Ümumilikdə, oktyabrın 1-nə sığorta şirkətlərinin aktivlərinin həcmi 235,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 50,5% çoxdur. Bank depozitlərindən başqa aktivlərin strukturunda sığorta şirkətlərinin debitor borcları da əhəmiyyətli paya malikdir:



Sığortaçıların qiymətli kağızlara investisiyalarının həcmi isə 16,1 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 3,6 dəfə çoxdur. Qeyd edək ki, qiymətli kağızlara maliyyə qoyuluşlarının 15,019 mln. manatı qısamüddətli, 1,093 mln. manatı isə uzunmüddətli qiymətli kağızların payına düşür. Bu göstəricilər üzrə artım templəri müvafiq olaraq 3,4 dəfə və 9 dəfə olub. Göründüyü kimi, Azərbaycandakı sığorta təşkilatlarının fond bazarına marağı artmaqdadır. Bu, əsasən Maliyyə Nazirliyi tərəfindən dövlət qısamüddətli istiqrazlara yönəldilən investisiyaları hesabına müşahidə olunur.
Sığortaçıların aktivlərinin əsas hissəsini bank depozitlərində saxlaması isə müsbət hal deyil. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, hazırda Azərbaycanın maliyyə bazarında tələb olunanadək bank depozitlərindən daha gəlirli və bank depozitləri kimi likvid olan maliyyə alətlərinin sayı olduqca məhduddur. Sığortaçıların fikrincə, bu alətlərin sayı və çeşidi genişlənərsə, sığorta şirkətlərinin investisiyalarının həcmi də artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR