Bank Of Baku

Azərbaycanın tədiyə balansının müsbət saldosu 5 dəfə artıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu 5 dəfə artıb
# 15 dekabr 2008 10:55 (UTC +04:00)
Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, tədiyə balansının cari əməliyyatlar hesabında son illər müşahidə olunan profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 14,8 mlrd. dollara çatıb:

 (mln. dollar)


Tədiyə balansı

Yanvar-sentyabr, 2007-ci il

Yanvar-sentyabr, 2008-ci il

I.Cari əməliyyatlar

hesabının saldosu

5 895,6

14 796,4

Xarici ticarət balansı

10 155,4

20 747,6

Xidmətlər balansı

- 1 579,7

- 1 784,6

Gəlirlər balansı

- 3 402,7

- 4 919,7

İnvestisiya gəlirlərinin repatriasiyası

- 3 297,1

- 4 845,5

Cari transfertlər balansı

722,6

753,1

II.Kapitalın və maliyyənin

hərəkəti hesabının saldosu

- 3 761,9

- 3 983,7

Birbaşa investisiyalar

- 3 146,9

- 676,7

- Azərbaycana cəlb olunmuş

3 175,8

2 959,4

- Xaricə yönəldilmiş

- 212,9

- 277,8

- İnvestisiyaların repatriasiyası

- 6 109,8

- 3 358,3

Neft bonusu

46,2

3,5

Kreditlər və digər investisiyalar

- 661,2

- 3 310,5

III.Tədiyə balansının

ümumi saldosu

2 133,7

10 812,7



Tədiyə balansında əsas paya malik olan xarici ticarət dövriyyəsi hesabat dövründə 71,8% artaraq 31,7 mlrd. dollar təşkil edib. Xarici ticarət balansı 20,75 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Yanvar-sentyabr aylarında Azərbaycan 135 ölkə ilə ticarət əməliyyatları aparıb. Xarici ticarətin 8,9%-i MDB ölkələri, 91,1%-i isə digər xarici dövlətlərin payına düşür.
Cari ilin 9 ayı ərzində ixrac 2007-ci ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 26,2 mlrd. dollara çatıb. İxrac olunan malların strukturunda neft məhsullarının payı 95,6% təşkil edir. Xarici dövlətlərə 25,1 mlrd. dollar neft məhsulları ixrac olunub ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. İxrac olunan bütün neft məhsullarının 1,7 mlrd. dolları neft emalı məhsulları, 23,4 mlrd. dolları isə xam neftin payına düşür:

 (mln. dollar)


İxracın strukturu

Yanvar-sentyabr, 2007-ci il

Yanvar-sentyabr, 2008-ci il

Yanacaq-xammal məhsulları:

13 701,9

25 633,8

- neft məhsulları

13 448,1

25 090,9

-digər xammal

253,8

542,9

Maşın və avadanlıq

180,5

179,1

İstehlak malları

362,6

377,8

Digər mallar

69,6

52,7

Cəmi ixrac

14 314,6

26 243,4



Hesabat döründə istehlak mallarının idxalının ümumi dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 25,7% artıb. Bu artımın 176 mln. dolları ərzaq məhsullarının payına düşdüyü halda, 160 mln. dollardan çoxu minik avtomobillərinin idxalı ilə bağlı olub.
Fiziki şəxslər tərəfindən idxal (833,6 mln. dollar) və humanitar mallar (23,3 mln. dollar) da nəzərə alınmaqla, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 2 187,1 mln. dollar məbləğində istehlak malları gətirilib ki, bunun da 32,6%-i ərzaq məhsullarının payına düşür.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilən maşın və avadanlıqların və malların xüsusi çəkisi 12,4% və ya 680,5 mln. dollar təşkil edib. Bunun 82,6%-i beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunan investisiyalar hesabına idxal edilən malların payına düşür. Bundan başqa, ölkəyə ümumi məbləği 2 628,2 mln. dollar olan istehsal təyinatlı maşın və avadanlıq, kimya, qara və əlvan metallurgiya məhsulları da gətirilib:

 (mln. dollar)


İdxalın strukturu

Yanvar-sentyabr, 2007-ci il

Yanvar-sentyabr, 2008-ci il

İstehlak malları:

1 740,3

2 187,1

- ərzaq məhsulları

537,9

714,0

- qeyri-ərzaq məhsulları

1 202,4

1 473,1

İnvestisiya yönümlü mallar

763,1

680,5

Digər mallar

1 655,8

2 628,2

Cəmi idxal

4 159,2

5 495,8

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR