(mln. ABŞ dolları)
Cəlb olunan xarici kapitalın strukturu | ||
| Yanvar-sentyabr, 2007-ci il | Yanvar-sentyabr, 2008-ci il |
Birbaşa investisiyalar | 3 391,9 | 2 959,4 |
- neft-qaz sektoru | 3 115,0 | 2 479,7 |
- digər sektorlar | 276,9 | 479,7 |
Kreditlər və digər investisiyalar |
2 052,4 |
3 011,1 |
- dövlət təminatlı kreditlər | 313,4 | 478,0 |
- dövlət təminatlı olmayan kreditlər |
1 164,4 |
1 991,9 |
- neft-qaz sektoru | 456,4 | 688,2 |
- banklar | 615,6 | 967,1 |
- digərləri | 92,6 | 336,6 |
- digər investisiyalar | 574,4 | 541,2 |
Neft bonusu | 46,2 | 3,5 |
CƏMİ | 5 490,5 | 5 974,0 |
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunan sərmayələrin ümumi həcmi 3,0 mlrd. dollara yaxın olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,8% təşkil edib. Hesabat dövründə qeyri-neft sektoruna 479,7 mln. dollar yönəldilib.
Tədiyyə balansına əsasən, birbaşa investisiyalar üzrə xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların ümumi həcmi 44,4% azalaraq 3,6 mlrd. dollar təşkil edib. Bu azalma əsasən «Əsrin müqaviləsi» çərçivəsində konsorsium (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) tərəfindən birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə repatriasiya olunan investisiyaların həcmi 6,1 mlrd. dollar olduğu halda, 2008-ci ilin eyni dövründə bu göstərici 2,74 mlrd. dollar azalaraq 3,36 mlrd. dollar təşkil edib.