Bank Of Baku

«Azenco» tikinti şirkəti nizamnamə kapitalını kəskin artırır

«Azenco» tikinti şirkəti nizamnamə kapitalını kəskin artırır
# 15 dekabr 2008 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azenco» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 3 418 649 ədəd, emissiyanın ümumi həcmi isə 6 837 298 manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «Azenco» ASC-nin artıq bu ilin dekabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 6 837 898 min manata çatacaq.
Qeyd edək ki, «Azenco» tikinti-quraşdırma şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 600 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR