Bank Of Baku

Azərbaycandakı maliyyə qurumlarının portfel investisiya fəaliyyəti genişlənir

Azərbaycandakı maliyyə qurumlarının portfel investisiya fəaliyyəti genişlənir
# 15 dekabr 2008 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın maliyyə qurumlarının xaricə yönəldilən portfel investisiyalarının həcmi 404,1 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankı tərəfindən ölkə üzrə hazırlanmış beynəlxalq investisiya balansında deyilir. Ölkənin aktivlər bölməsində yer alan xaricə portfel investisiyaların həcmi cari ilin əvvəli ilə müqayisədə 174,2 mln. dollar və ya 75,8% artıb.
Qeyd edək ki, portfel investisiyaları qiymətli kağızların alınmasına yönəldilən kapitaldır. Bu cür investisiyalar əsasən qısamüddətli xarakter daşıyır və onların əsas məqsədi spekulyativ şəkildə mənfəət əldə etməkdir. Bəzi hallarda portfel investisiyaları birbaşa investisiyalardan fərqlənmir, bu da kapitalın istehsalat müəssisələrinin səhmlərinin alınmasında baş verir. Adətən, portfel investisiyaları səhm zərflərinin alınmasına kiçik miqdarda yönəldilir.
Qeyd edək ki, Azərbaycan müəssisələrində portfel investisiyalarının həcmi cari ilin oktyabr ayının 1-nə 229,8 mln. dollar təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 25,9 mln. manat və ya 12,7% çoxdur.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq investisiya balansında əks olunan ölkə xaricinə və ölkə daxilinə yönəldilən portfel investisiyalarının nisbəti 1,8 dəfə təşkil edir. Həmçinin, portfel investisiyaları üzrə müsbət saldo ümumilikdə ölkənin xalis beynəlxalq investisiya mövqeyinin 2,1%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR