Bank Of Baku

Bakıda keçirilmiş sonuncu pul hərracında daha üç səhmdar cəmiyyətinin səhmləri satılıb

Bakıda keçirilmiş sonuncu pul hərracında daha üç səhmdar cəmiyyətinin səhmləri satılıb
# 16 dekabr 2008 07:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 10-da Bakı şəhərində keçirilmiş 491-ci pul hərracında Azərbaycanın regionlarında yerləşən 3 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bunlar, «Cəlilabad Toxucu Tikiş», «Zaqatala Tikinti Quraşdırma» və «Ağstafa Yun» səhmdar cəmiyyətləridir.
Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 153 391,4 manat, buraxılmış səhmlərinin sayı 92 805, bir səhmin nominal dəyəri 2 («Zaqatala Tikinti Quraşdırma» SC-də 1 manat) manatdır. Satışa ümumi nominal dəyəri 20 672 manat, ilkin hərrac qiyməti 10 343 manat olan 10 343 səhm çıxarılıb. Hərraca çıxarılmış səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR