Bank Of Baku

MDB Dövlətlərarası Statistika Komitəsi milli hesablar sistemi üzrə müşavirə keçirib

MDB Dövlətlərarası Statistika Komitəsi milli hesablar sistemi üzrə müşavirə keçirib
# 16 dekabr 2008 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Moskvada MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən üzv ölkələrin statistika orqanlarının mütəxəssisləri üçün milli hesablar sistemi məsələlərinə dair müşavirə keçirilib.
Azərbaycan Dövlət Statistika Komitəsindən (DSK) «APA-Economics»ə verilən məlumata görə, müşavirədə DSK sədrinin müavini Rauf Səlimov və Komitənin milli hesablar statistikası şöbəsinin müdiri Nuru Süleymanov iştirak ediblər.
«Son illər dünya iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verib. Bunlar istehsal prosesində informasiya və kommunikasiya texnologiyalarının artan rolu, qeyri-maddi aktiv və xidmətlərin əhəmiyyətinin artması, milli iqtisadi sistemlərin qloballaşması və sosial islahatlarla bağlıdır. Bu dəyişikliklər statistik məlumatların formalaşmasına düzəlişlərin edilməsini, təsnifatlara, nəzəri konsepsiyalara yenidən baxılmasını tələb edir», - deyə DSK-dan bildirilib.
Bu məqsədlə BMT-nin Statistika Komissiyası, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq təşkilatlar yeni Milli Hesablar Sistemi-2008 (MHS) sənədini hazırlayıb. Müşavirədə MHS-2008-in əsas müddəaları müzakirə edilərək qeyd olunub ki, hər bir dövlət milli iqtisadiyyatının xüsusiyyətlərini nəzərə almaqla, MHS-2008-in statistika praktikasına tətbiqi üçün prioritetləri və zəruri şərtləri müəyyən etməli və mərhələlərlə onun həyata keçirilməsinə nail olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR