Bank Of Baku

«Royal Bank» yaxın günlərdə daha bir regional filial açacaq

«Royal Bank» yaxın günlərdə daha bir regional filial açacaq
# 16 dekabr 2008 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi Astara rayonunda filial açacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Azər Şahmərdanov bildirib.
A.Şahmərdanovun sözlərinə görə, artıq filialın təsis sənədləri Azərbaycan Milli Bankına (AMB) təqdim olunub və yaxın günlərdə müvafiq sənədlərin təsdiq ediləcəyi gözlənilir: «Bankın sayca 30-cu filialı olan Astara filialı yaxın günlərdə müştərilərin istifadəsinə veriləcək. Müştərilər bu yeni filial vasitəsilə bütün bank əməliyyatlarını həyata keçirə biləcəklər».
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini «Royal Bank of Baku»ya, bu yaxınlarda isə «Royal Bank»a dəyişib.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 100,473 mln. manat, kredit portfeli 77,160 mln. manat, depozit portfeli 34,387 mln. manat, məcmu kapitalı 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR