Bank Of Baku

«UniLeasing» ilin əvvəlindən lizinq portfelini 92% artırıb

«UniLeasing» ilin əvvəlindən lizinq portfelini 92% artırıb
# 16 dekabr 2008 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin məcmu lizinq portfeli 2008-ci ilin dekabr ayının 1-nə 50 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 92,3% çoxdur.
«UniLeasing» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin regionlar üzrə lizinq portfeli 2,5 dəfə artaraq 7,5 mln. manata çatıb. Bu müddət ərzində məcmu lizinq portfelinin əsas hissəsini avtolizinq, istehsalat, ticarət, nəqliyyat, tibb, tikinti və tikinti materiallarının istehsalı sahələri təşkil edib.
Qeyd edək ki, şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlıda nümayəndəlikləri mövcuddur.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR