Bank Of Baku

Azərbaycanın tədiyə balansında gəlirlər üzrə mənfi saldo 44% artıb

Azərbaycanın tədiyə balansında gəlirlər üzrə mənfi saldo 44% artıb
# 16 dekabr 2008 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2008-ci ilin yanvar-sentyabr ayları üzrə 5,5 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun 5,2 mlrd. dolları və ya 94,4%-i Azərbaycandan həyata keçirilən ödənişlərin payına düşür.
Bu məbləğin əsas hissəsini (4,6 mlrd. dollar) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində), qeyri-rezidentlərə ödənilən əmək haqları (129,8 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (213,3 mln. dollar) təşkil edib.
Gəlirlərlə bağlı ölkəyə daxil olan vəsaitlərin həcmi 308,9 mln. dollara bərabər olub. Bunun 80,6 mln. dolları Dövlət Neft Fondunun vəsaitləri, 129,7 mln. dolları Milli Bankın sərəncamında olan xarici valyuta ehtiyatları, 19,9 mln. dolları isə bankların xaricdə yerləşdirilmiş aktivləri üzrə hesablanmış faiz gəlirlərinin payına düşüb.
Beləliklə, yanvar-sentyabr aylarında gəlirlər üzrə tədiyə balansında 4,9 mlrd. dollar məbləğində mənfi saldo yaranıb. Bu göstərici ilin əvvəlindən 1,5 mlrd. dollar və ya 44,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR