Bank Of Baku

Azərbaycana daxil olan transfer daxilolmalar ölkədən çıxan vəsaitin həcmini üç dəfə üstələyir

Azərbaycana daxil olan transfer daxilolmalar ölkədən çıxan vəsaitin həcmini üç dəfə üstələyir
# 16 dekabr 2008 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında transferlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2008-ci ilin yanvar-sentyabr ayları üzrə 1 383,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, bu məbləğin 77,2%-i ölkəyə daxil olan vəsaitlərin payına düşüb.
Bütövlükdə ölkəyə daxilolmalar 1 068,4 mln. dollar, ölkədən transferlər isə 315,2 mln. dollar təşkil edir. Beləliklə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artaraq 753,2 mln. dollar təşkil edib.
Qeyd edək ki, xarici ölkələrdən daxilolmaların 94,2%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,2%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3,6%-ni isə digər daxilolmalar təşkil edib.
Beləliklə, Azərbaycana pul köçürmələri və digər daxilolmaların həcmi ölkədən çıxarılan vəsaitin həcmini 3 dəfə üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR