Bank Of Baku

Azərbaycanın xaricdən cəlb etdiyi ssudalar xaricə yönəldilən kreditləri 6,5 dəfə artıqdır

Azərbaycanın xaricdən cəlb etdiyi ssudalar xaricə yönəldilən kreditləri 6,5 dəfə artıqdır
# 16 dekabr 2008 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycana xaricdən cəlb olunan ssudaların həcmi 2008-ci ilin yanvar-sentyabr aylarında 7 165,6 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlindən 892 mln. dollar və ya 14,2% çoxdur. «APA-Economics»in məlumatına görə, bu, Azərbaycan Milli Bankı tərəfindən hazırlanmış ölkənin beynəlxalq investisiya balansında göstərilib.
Eyni zamanda, Azərbaycandan xaricə yönəldilən ssudaların həcmi 1 104,1 mln. dollar təşkil edib ki, bu da ilin əvvəlindən 860,9 mln. dollar və ya 4,5 dəfə çoxdur. Beləliklə, balansın öhdəliklər hissəsində yer alan ssudaların həcmi aktivlərdə olan ssudaları 6,5 dəfə üstələyir.
Qeyd edək ki, ticarət kreditləri üzrə tam fərqli vəziyyət müşahidə olunur. Belə ki, xaricə yönəldilən ticarət kreditlərinin həcmi 1 465,4 mln. dollar təşkil edib (ilin əvvəlindən artım – 16,6%) ki, bu da xaricdən cəlb olunan ticarət kreditlərinin həcmindən 18,3 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR