Bank Of Baku

Azərbaycanda bank zəmanətləri ilə aparılan əməliyyatlar heçə enib

Azərbaycanda bank zəmanətləri ilə aparılan əməliyyatlar heçə enib
# 16 dekabr 2008 11:56 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, banklar ötən ilin noyabrın 1-nə 18,87 mln. manat, cari ilin əvvəlinə 17,37 mln. manat, oktyabrın 1-nə isə 0,54 mln. manat məbləğində zəmanətlər verib.
Bankların digər sənədli kreditləşmə əməliyyatları olan akkreditivlərin verilməsi isə il ərzində 3,1 dəfə, ilin əvvəlindən 3 dəfə, oktyabr ayında 4% artaraq 37,35 mln. manata çatıb.
Qeyd edək ki, akkreditiv əməliyyatları çərçivəsində bank mal alıcısının əvəzinə mal satıcısına pul ödəyir, ödənilən məbləğ bank tərəfindən alıcıya kredit kimi hesablanır. Zəmanət əməliyyatları çərçivəsində isə bank ödəniləcək məbləğin ödənişi barədə zəmanət verir və bu, sənədləşmiş bank öhdəliyi şəklində rəsmiləşdirilir.
Akkreditiv və zəmanətlərin verilməsi kimi bankların sənədli kreditləşmə əməliyyatları dünya praktikasında çox fəal istifadə olunur ki, bu da ticarət, o cümlədən xarici ticarət və istehsalat sahələrində nağdsız hesablaşmaları təmin edir. Yəni, ticarət və ya istehsalatda kontragentlər maliyyə vəsaitləri çatışmazlığı şəraitində bu alətlər hesabına cari fəaliyyətini dayandırmaya bilər. Azərbaycanda isə bank zəmanətləri sahəsi inkişaf etmədiyinə görə, sahibkarlar bu cür imkanlardan faydalana bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR