Bank Of Baku

«UniBank»ın paytaxtda yeni filialı açılıb

«UniBank»ın paytaxtda yeni filialı açılıb
# 16 dekabr 2008 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının Bakının Bakıxanov qəsəbəsi, Sülh küçəsi,14/2 ünvanında yeni filialı fəaliyyətə başlayıb.
«UniBank»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 19 saylı filialın müştəri bazası istər fiziki və hüquqi şəxslərin sayına görə, istərsə də ərazi üzrə böyük əhatəyə malikdir.
Filial öz müştərilərinə «UniBank» tərəfindən təqdim olunan bank xidmətlərinin bütün spektrini (əhalidən və korporativ müştərilərdən depozitlərin qəbulu, pul köçürmələri, plastik kartlar üzrə xidmətlər, kommunal xidmətlərin ödənilməsi və s.) təqdim edəcək.
Qeyd edək ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR